Peşə hazırlığında ixtisasların sayı artırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər
üçün təşkil edilən hazırlıq kurslarının əhatə etdiyi peşə-ixtisas
sahələri sırasına əmək bazarında aktual olan daha 50-yə yaxın sahə
əlavə edilib.

Nazirlikdən
Trend
-ə verilən məlumata görə peşə tədrisi həyata keçirilən
peşə-ixtisas sahələrinin sayı 127-dən 175-ə çatdırılıb.

Əmək bazarının təhlili əsasında formalaşan yeni aktual peşə və
ixtisasların siyahısına İKT sahəsi, nəqliyyat logistika, kənd
təsərrüfatı, istehsal, sənaye, rabitə və digər sahələr
daxildir.

Peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi
üzrə Regional Məşğulluq Filiallarına və ya “DOST” Mərkəzlərinə
yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.

Eyni zamanda, elektron qaydada
https://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasi

linki vasitəsilə də peşə hazırlığına müraciət etmək
mümkündür.

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları
dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir.

Teqlər: