Energetika naziri Pərviz Şahbazov Rusiyaya səfərə gedib.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, P.Şahbazov Rusiya Prezidentinin köməkçisi Anton Kobyakov və Rusiya Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə Rusiyaya səfər edib.
13-15 oktyabr tarixlərində Moskva şəhərində təşkil olunan “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək nazir “Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?” adlı sessiya üzrə müzakirələrə qatılacaq.
Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər də nəzərdə tutulur.