“Azad Peru” partiyasını təmsil edən Pedro Kastilyo Perunun yeni prezidenti olacaq.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Perunun Milli Seçki Kollegiyası elan edib.
Prezidentlik müddəti bitən Fransisko Saqasti özünün “Twitter” səhifəsində P.Kastilyonu təbrik edib: “Milli Seçki Kollegiyasının seçki nəticələrini elan etməsi ilə əlaqədar olaraq Pedro Kastilyonun yeni seçilən prezident elan edilməsini alqışlayıram”.
Perunun yeni prezidenti vəzifəsinin icrasına iyulun 28-dı başlayacaq.
Qeyd edək ki, Peruda prezident seçkiləri iyunun 6-sı keçirilib. Səslərin 100 faizinin hesablanmasından sonra P.Kastilyonun 50,12 faiz, onun rəqibi Keyko Fuximorinin isə 49,87 faiz səs topladığı məlum olub.