Perunun paytaxtında məşhur körpü Azərbaycan bayrağının rənglərinə bürünüb (FOTO)

Peru paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab
olunan Miraflores rayonunda yerləşən “Mellizo Villena Rey” körpüsü
mayın 28-də Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycanın
dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Azərbaycanın Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata
görə, körpünün üzərində həmçinin “Azərbaycan – Müstəqillik Günü”
yazısı əks olunub.

Qeyd edək ki, dostluq və sevgi rəmzi olan körpü Peru paytaxtının
iki mərkəzi Miraflores və Barranko rayonlarını birləşdirir.

Azərbaycan bayrağının rənglərinə bürünmüş körpü gecə boyu həm
paytaxt sakinlərinin, həm də əcnəbi turistlərin diqqətini cəlb
edib.

Teqlər: