Peruda güclü daşqınlar nəticəsində ölənlərin sayı 113-ə çatıb. Daşqınlara səbəb Sakit okenada iqlim fenomeni “El-Ninyo” olub.
Məlumata görə, daşqınlar nəticəsində daha 17 nəfər itkin düşüb, 400 nəfərə yaxın insan isə xəsarət alıb. Dağılmış evlərin sayı 20 minə çatıb.
Bundan əlavə, daşqınlar 53 məktəb, 11 xəstəxana, 2,7 min kilometr yol və 316 körpünü dağıdıb. Ölümlər və dağıntılar əsasən Piura, Lambayeke, La-Labertad və Ankaş regionlarında qeydə alınıb.