Peruda zəlzələ nəticəsində 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Peruda mayın 12-si baş verən zəlzələ nəticəsində 1 nəfər həlak
olub, 8 nəfər isə xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə “RPP” radiostansiyasına Milli
Mülki Müdafiə İnstitutunun rəhbərlərindən biri Migel Yamasaki
deyib.

Xatırladaq ki, mayın 12-si Peruda 5,5 bal gücündə zəlzələ baş
verib. Yeraltı təkanların episentri Çilka şəhərindən 30 kilometr
qərbdə, ocağı isə 49 kilometr dərinlikdə yerləşib.