Peruda koronavirusun “omikron” ştammına ilk yoluxma halları qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Ernando Sevalosa deyib.
Onun sözlərinə görə, “omikron” ştammı 4 nəfərdə aşkarlanıb, Milli Səhiyyə İnstitutu o insanlara nəzartə edir.
Nazir qeyd edib ki, daha 2 nəfərdə “omikron” ştammının olması ehtimalı var.
“Onlarla təmasda olan daha iki nəfərdə testin nəticəsi müsbət çıxıb; bu müsbət reaksiyanın ən çox rast gəlinən “delta” variantı və ya “omikron” variantı olub-olmadığı yoxlanılır”, – deyə nazir əlavə edib.
Nazir eyni zamanda ölkə əhalisini koronavirusa qarşı peyvənd olunmağa çağırıb. Onun sözlərinə görə, koronavirusdan qorunmağın ən effektiv yolu peyvənd olunmaqdır.