Perunun cənubunda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların mərkəzi Uarankante şəhərindən 11 km qərbdə olub. Zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib.
İtkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.