Peruda Ualyaqa çayında iki sərnişin gəmisinin toqquşması nəticəsində ən azı 11 nəfər həlak olub.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
“Sahil mühafizəsinin şəxsi heyəti 60 nəfəri xilas edib və 11 cəsədi sudan qaldırıb”, – HDQ-nin “Twitter” səhifəsində deyilir.
RPP radiostansiyasına görə, daha doqquz nəfər itkin düşmüş kimi siyahıya alınıb və axtarışları davam etdirilir.