Peruda bələdiyyə binası bayrağımızın rəngləri ilə işıqlandırıldı

Peruda bələdiyyə binası bayrağımızın rəngləri ilə işıqlandırıldı

Perunun paytaxtı Lima şəhərinin Miraflores rayonunun bələdiyyə binası Azərbaycan bayrağının rənglərinə bürünüb.

Bu barədə AzerTimes-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanın Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Perunun paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunun bələdiyyə binası Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

Teqlər: