Peruda avtobus qəzası nəticəsində ən azı 15 nəfər ölüb

Perunun cənubunda avtobusun dərəyə düşməsi nəticəsində azı 15 nəfər ölüb, üç nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Andina informasiya agentliyi yerli polisə istinadən bildirib.

Məlumata əsasən, faciə yerli vaxtla saat 12:30-da Kusko və Apurimak departamentlərinin sərhədində baş verib. Avtobus Avstraliyanın MMG mədən şirkətinin işçilərini daşıyan zaman dərəyə düşüb.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.