Peruda 5 baldan yuxarı zəlzələ olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Perunun qərbindəki Çosika şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələnin episentri 90 minə yaxın insanın yaşadığı şəhərdən 10 kilometr şimal-şərqdə qeydə alınıb.

Hadisə nəticəsində hər hansı itki və ya fəsadların olmadığı deyilir.


Yeraltı təkanlar yerin 80 kilometr dərinliyində baş verib.