Peru məhkəməsi SEPAH-ın Qüds briqadasının üzvü Məcid Əzizi və iki perulu əlaltısını 18 ay həbs cəzasına məhkum edib.
AzerTimes xəbər verir ki, onlar Peruda yaşayan iki israillini öldürməyə cəhddə günahlandırılıblar.
Qeyd edək ki, bundan əvvəl Peru mediası iranlı terrorçu və onun yerli əlaltılarının Limada keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) iclasında terror aktı planlaşdırdıqları barədə məlumat yaymışdı.