Peru sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 4400 nəfərin yaşadığı Akari şəhərindən 93 km cənub-şərqdə yerləşib.
Ölənlər və dağıntılar barədə məlumat yoxdur.