“Peqasus” Hava Yollarına məxsus İzmirdən Bakıya uçan təyyarədə sərnişinlərə aid yüklər pis vəziyyətə salınıb.
Bu barədə AzerTimes-a verilən məlumatda qeyd olunub.
Məlumata görə, sərnişinlərdən birinin çamadanı yararsız vəziyyətə salınıb, yük yerinə verdiyi başqa bir çamadanı isə yoxa çıxıb.
Sərnişin “Peqasus”la əlaqə saxlamaq istədiyini, lakin şirkətdən əsaslı cavab ala bilmədiyini deyib.