Pentaqonun yeni komandası Ukraynada işə başlayacaq

Pentaqonun yeni komandası Ukraynada işə başlayacaq

Sentyabrın sonunda Pentaqonun yeni komandası Amerika yardımının istifadəsinə nəzarət etmək üçün Ukraynada işə başlayacaq.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin baş müfəttişinin hesabatında deyilir.

“ABŞ-ın yüksək rütbəli məmuru avqustun sonundan Ukraynada işləyir və bu ayın sonuna qədər ona əlavə heyət qoşulacaq. Onlar ABŞ-ın Kiyevdəki səfirliyində yerləşirlər. Bu, respublikaçıların Ukraynanın ABŞ vəsaitlərindən istifadəsinə nəzarəti gücləndirmək çağırışları ilə bağlıdır”, – hesabatda bildirilib.

Teqlər: