Pentaqonun rəhbəri Bolqarıstana səfəri zamanı NATO-nun şərq cinahının gücləndirilməsini müzakirə edib

ABŞ-ın müdafiə naziri Loyd Ostin Bolqarıstana səfəri zamanı bu
ölkənin rəhbərliyi ilə NATO-nun şərq cinahının gücləndirilməsi ilə
bağlı məsələləri müzakirə edib.

AzerTimes-ın məlumatına görə, bunu Pentaqonun mətbuat katibi Con
Kirbi deyib.

Onun sözlərinə görə, L.Ostin Bolqarıstanın baş naziri Kiril
Petkov və müdafiə naziri Draqomir Zakovla görüşüb. Pentaqonun
rəhbəri ikitərəfli strateji tərəfdaşlığın vacibliyini qeyd edib və “ABŞ-ın bu həlledici anda NATO-nun şərq cinahının təhlükəsizliyini
təmin etməyə sadiq olduğunu vurğulayıb”.

C.Kirbi bildirib ki, L.Ostin “Ukraynaya humanitar yardıma
verdiyi töhfəyə və yeni çoxmillətli döyüş qrupunun
yerləşdirilməsinə görə Bolqarıstanda minnətdarlığını bildirib”.