Pentaqondan İl-76-nın qəzaya uğramasına: Təəssüf ki…

Pentaqondan İl-76-nın qəzaya uğramasına: Təəssüf ki…

Pentaqon Belqorod vilayətində İl-76-nın qəzaya uğraması ilə bağlı şərh verməyib.

AzerTimes xəbər verir ki, bu barədə adı açıqlanmayan Pentaqon rəsmisi şərh verməkdən çəkinib.

O, ünvanlanan suala cavabında iki ölkə arasında hərbi əsir mübadiləsindən xəbərsiz olduğunu vurğulayıb:

“Təəssüf ki, mənim bu məsələdə təklif edə biləcəyim heç bir şey yoxdur”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Duması göyərtəsində 65 ukraynalı hərbi əsirin və 9 ekipaj üzvünün olduğu deyilən təyyarənin Xarkov vilayətindən vurulduğunu bildirib.

Teqlər: