İraqda ABŞ hərbçilərinin yerləşdi Ayn əl-Əsəd aviabazasının atəşə tutulması nəticəsində bir neçə amerikalı hərbçi yaralanıb.
AzerTimes xəbər verir ki, məlumatı ABŞ Müdafiə Nazirliyi təsdiqləyib.
“Biz təsdiq edə bilərik ki, Ayn əl-Əsəd aviabazasında ABŞ və koalisiya qüvvələrinə raket hücumu olub. İlkin məlumatlara görə, bir neçə amerikalı hərbçi yaralanıb”, – məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ bazasına hücum olduğu haqda ötən gün məlumat yayılmışdı.