Pentaqon Rusiyaya Müdafiə Nazirliyi ilə birbaşa əlaqə xəttinin yaradır

Pentaqondan (ABŞ Müdafiə Nazirliyi) bildirilib ki, müxtəlif
münaqişə və insidentlərin qarşısını almaq üçün Rusiya Müdafiə
Nazirliyi ilə birbaşa əlaqə xətti yaradılır.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ hərbi departamentinin
yüksək rütbəli nümayəndəsinə istinadən “Reuters” agentliyi xəbər
verib.

“Martın 1-də Müdafiə Nazirliyi səhv hesablamaların, hərbi
insidentlərin və gərginliyin artmasının qarşısını almaq üçün Rusiya
Müdafiə Nazirliyi ilə münaqişələrin həlli üçün xətt yaradır”, –
deyə Pentaqonun nümayəndəsi bildirib.