Pentaqon rəhbərinin təyyarəsi məcburi eniş etdi

Pentaqon rəhbərinin təyyarəsi məcburi eniş etdi

Pentaqon rəhbəri Pit Heqsetin olduğu təyyarə ön şüşədə çat əmələ gəlməsindən dolayı Böyük Britaniyada təcili eniş edib, xəsarət alan olmayıb.

AzerTimes xəbər verir ki, bu barədə P.Heqsetin ictimai məsələlər üzrə köməkçisi Şon Parnell X-də yazıb.

“NATO müdafiə nazirlərinin görüşündən sonra ABŞ-a qayıdarkən, müdafiə naziri Heqsetin təyyarəsi ön şüşədəki çata görə Böyük Britaniyada planlaşdırılmamış eniş etdi”, – Parnell qeyd edib.

O, enişin standart prosedura uyğun həyata keçirildiyini və təyyarədə olanların hamısının təhlükəsizlikdə olduğunu açıqlayıb.

Teqlər: