Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander Türkiyə və Polşadan olan həmkarları ilə müdafiə sahəsində əməkdaşlıqla bağlı məsləhətləşmələr aparacaq.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Hərbi Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Türkiyədə ABŞ müdafiə nazirinin köməkçisi yüksək səviyyəli ikitərəfli profil komissiyasının işində iştirak edəcək. O, Türkiyənin yüksək vəzifəli hərbçiləri ilə bölgədəki təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcək.
Polşada Uollander ölkə rəsmiləri ilə Ukraynaya dəstək, müdafiə təchizatı və Avropa təhlükəsizliyi ilə bağlı məsləhətləşmələr aparacaq. O, Polşada yerləşən ABŞ hərbçiləri ilə də görüşəcək.