Pentaqon rəhbəri xəstəxanadan nə vaxt buraxılacaq?

Pentaqon rəhbəri xəstəxanadan nə vaxt buraxılacaq?

Pentaqon rəhbəri Lloyd Ostin xəstəxanadadır, onun buraxılış tarixi hələ məlum deyil.

AzerTimes xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib.

Rayder vurğulayıb ki, Ostin Pentaqonun yüksək səviyyəli rəsmiləri ilə əlaqə saxlayır, təhlükəsiz kommunikasiyalara tam çıxış imkanına malikdir və departamentin dünya üzrə gündəlik əməliyyatlarına nəzarət etməyə davam edir.

Qeyd edək ki, Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoyulub.

Teqlər: