Pentaqon rəhbəri Lloyd Ostin Ukrayna müdafiə naziri Aleksey Reznikovla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ostin Tvitter hesabında yazıb.
“Biz Ukraynanın özünümüdafiəsini dəstəkləmək üçün sizinlə çiyin-çiyinə dayanmaqdan qürur duyuruq. Sizin arxanızda 50-ə yaxın xalqdan ibarət kollektiv var”, – Pentaqon rəhbəri bildirib.
Qeyd edək ki, nazirlər Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında bir araya gəliblər.