Pentaqonun rəhbəri Lloyd Ostin və Ukrayna müdafiə naziri Aleksey Reznikov “Ramşteyn-9” formatında keçirilən iclasda görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ostin Tvitter hesabında paylaşım edib.
“Yaxşı dostum və ukraynalı həmkarım Aleksey Reznikovla görüşmək həmişə xoşdur. 50-dən çox ölkə Ukraynanın suverenliyi və özünümüdafiəsi uğrunda bu mübarizəyə sizinlə birlikdə qoşulub”, – paylaşımda qeyd edilib.