Pentaqon rəhbəri İsrailə gəldi, aeroportda qaldı

Pentaqon rəhbəri İsrailə gəldi, aeroportda qaldı

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailə səfər edib. Onun təyyarəsi Təl-Əvivdəki Ben Qurion hava limanına enib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

İsrailin “Haaretz” nəşri isə yazıb ki, Pentaqon rəhbəri paytaxt Təl-Əvivdə davam edən aksiyalardan dolayı aeroportu tərk edə bilmir. Amerikalı nazir İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantla elə Ben Qurionda görüşəcək.

Qeyd edək ki, İsraildə məhkəmə sistemində aparılan islahatlara etiraz olaraq keçirilən kütləvi aksiyalar səbəbindən Ostinin səfər qrafikində dəyişiklik edilmişdi.

Teqlər: