Pentaqon rəhbəri İsrail, Almaniya, Britaniya və Belçikaya səfər edəcək

ABŞ müdafiə naziri Lloyd Ostin aprelin 10-u İsrail, Almaniya və Böyük Britaniyaya səfər edəcək, həmçinin Brüsseldə NATO-nun mənzil-qərargahını ziyarət edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, İsraildə Pentaqonun rəhbəri baş nazir Binyamin Netanyahu və müdafiə naziri beni Qans ilə görüşəcək. Daha sonra Almaniyaya səfər edəcək müdafiə naziri buradakı həmkarı Anneqret Kramp-Karrenbauer ilə danışıqlar aparacaq və ABŞ hərbçilərinin Almaniyada yerləşdirilməsini müzakirə edəcək.


Brüsseldə L.Ostin NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək. Müdafiə nazirinin səfəri Londonda britaniyalı həmkarı Ben Uolles ilə görüşdən sonra başa çatacaq.