Çin müdafiə naziri Vey Fenqe amerikalı həmkarı Lloyd Ostinlə ilk dəfə şəxsən görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunub ki, tərəflər əsasən, Ukrayna ilə bağlı müzakirə aparıblar.
Ostin çinli həmkarını Rusiyaya heç bir maddi dəstək verməməyə çağırıb.
Görüşdən sonra keçirilən mətbuat konfransında da Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian Çinin bunu etmədiyini vurğulayıb:
“Çin Rusiyaya hərbi yardım etməyib. Bu, dəqiqdir”.
Qeyd edək ki, daha öncə Çin rəsmi olaraq Sinqapurda müdafiə nazirləri səviyyəsində ABŞ-ı görüşə dəvət edib.