Pentaqon: Qarşıda ağır döyüşlər olacaq

Pentaqon: Qarşıda ağır döyüşlər olacaq

Xersonun azad edilməsi Ukrayna üçün mühüm nailiyyət idi. Lakin ruslar, deyəsən, işğal olunmuş ərazilərin qalan hissəsini tərk etmək fikrində deyillər.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Ukrayna qüvvələri əldə olunan nailiyyətləri möhkəmləndirməyə davam edir. Hazırda onlar rusların qoyduğu maneələri və minaları təmizləməklə məşğuldur. Ukraynalılar rusların getməmişdən əvvəl vurduğu ziyanı qiymətləndirirlər. Rusların Xersonun mülki infrastrukturuna, su təchizatı və digər kommunal xidmətlərə xeyli ziyan vurduğunu düşünməyə əsas var. Ruslar, deyəsən, işğal olunmuş Ukraynanın qalan hissəsini tərk etmək istəmirlər. Qarşıda ağır döyüşlər var”, – məlumatda deyilir.

Qeyd olunur ki, qışın yaxınlaşması ilə Ukraynada hərbi əməliyyatların səngiməsi mümkündür:

“Lakin ABŞ-ın Ukraynaya dəstəyinin ləngiməsi proqnozlaşdırılmır”.

Teqlər: