ABŞ Müdafiə Nazirliyi bölgədəki gərginliyin daha da artmaması üçün daha əvvəlki planından daşınaraq Qara dənizə iki hərbi esminesini göndərməməyə qərar verib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə amerikan administrasiyasındakı mənbələr məlumat verib.
Xatırladaq ki, daha əvvəl ABŞ hərbi dəniz qüvvələrinin iki esminesinin aprelin ortalarında Qara dənizə gəlmələri gözlənilirdi.