ABŞ hesab edir ki, İsrail-Livan sərhədində eskalasiyanı diplomatik üsullarla həll etmək və genişmiqyaslı hərbi münaqişədən qaçmaq hələ də mümkündür.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Reyder deyib.
“Diplomatik həll imkanı həmişə var. Sərhədin hər iki tərəfindən gələn raket atəşinin intensivliyini nəzərə alsaq, təşvişdəyik. Bütün tərəfləri sərhəddə sülhü bərpa etməyə və diplomatik həll yolu tapmağa çağırırıq”, – o bildirib.