İrandan genişmiqyaslı cavab zərbəsi ehtimalı fonunda ABŞ hava hücumundan müdafiə sistemlərini gücləndirir.
AzerTimes xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı “qətiyyətli zərbə” əmri verərsə, bu, İran İslam Respublikasının adekvat cavabı ilə nəticələnə bilər. Bu halda İsraili, ABŞ-nin regiondakı müttəfiqlərini və Amerika qoşunlarını qorumaq üçün əlavə hava hücumundan müdafiə imkanlarına ehtiyac yaranacaq.
Məlumata əsasən, Pentaqon “THAAD” raketdən müdafiə sisteminin, eləcə də ABŞ qoşunlarının yerləşdiyi bazalarda bir neçə “Patriot” hava hücumundan müdafiə kompleksinin yerləşdirilməsi üzərində işləyir.

AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN