Ukrayna özü Rusiya ilə nə zaman sülh danışıqlarına başlayacağını, hansı şərtləri qəbul edib-etməyəcəyini müəyyən edir.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin deyib.
“Bunun nə zaman baş verəcəyi Ukraynadan asılıdır”, – deyə Ostin bildirib.
Eyni zamanda, Ostin faktiki olaraq Kiyevi Krıma hücumları genişləndirməyə çağırıb:
“Onların etməli olduqları digər şey Krıma əlavə təzyiq göstərməkdir”.