Pentaqon avqustda Kabilə endirdiyi aviazərbəyə görə üzr istəyir

Pentaqon rəhbəri Lloyd Ostin ABŞ-ın pilotsuz aparat vasitəsi ilə cari il, avqustun 29-da Kabilə endirdiyi zərbəyə görə üzr istəyib.

Trend “Ren.tv”yə istinadən xəbər verir ki, o, bu “dəhşətli səhvdən” dərs götürəcəyinə söz verib.

Daha əvvəl ABŞ müdafiə qurumu amerikanın pilotsuz aparatının avqustun sonunda Kabilə endirdiyi səhv və 7-si uşaq olmaqla 10 mülki vətəndaşın ölümünə səbəb olduğunu qəbul edib. Bunu ABŞ Silahlı qüvvələri mərkəzi komandanlığının rəhbəri general Kennet Makkenzi keçirdiyi brifinqdə deyib.

“Araşdırmamız zərbənin faciəvi səhv olduğu qənaətinə gətirib”, – general deyib.

Hazırda Pentaqon hücum nəticəsində Kabildə ölənlərin yaxınlarına kompensasiya ödənişlərinin mümkünlüyünü nəzərdən keçirir.