Altıncı nəsil NGAD (Next-Generation Air Dominance) təyyarəsinin
yaradılması proqramı tərtibat və istehsalın inkişafı (EMD –
Engineering and Manufacturing Development) mərhələsinə keçib.
Trend xəbər
verir ki, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Frenk
Kendall bldirib.
Onun sözlərinə görə, əvvəlki mərhələ 2015-ci ildən davam edin və
təyyarəni yaratmaq üçün lazım olan əsas texnologiyaların
işlənməsini əhatə edib.
Hazırda bu mərhələni tamamlayaraq proqram iştirakçıları həm
idarə olunan, həm də pilotsuz nəqliyyat vasitələri də daxil olmaqla
“sistemlər ailəsi” hesab edilən təyyarə istehsalı
texnologiyalarının inkişafına keçiblər.
Kendall qeyd edib ki, növbəti mərhələ – hazır maşınların
istismarını və sınaqdan keçirilməsini nəzərdə tutan IOC (Initial
Operational Capability) onilliyin sonuna qədər başlayacaq.