Pensiyaçılar artıq ödənilən vəsaiti geri qaytarmasın!

Pensiyaçılar artıq ödənilən vəsaiti geri qaytarmasın!

Mən qanunun 39-cu maddəsinin 1-ci hissəni haqqında fikrimi bildirmək istəyirəm. Hörmətli Musa müəllim qeyd etdi, müsbət dəyişiklikdir, pensiyaçılarımızın xeyrinədir. Bu il bizdə pensiya orta hesabla 363 manat, 2023-cü ildə isə 423 manat olacaq. Qeyd edim ki, burada müəyyən gerialmalar da nəzərdə tutulur. Hesab edirəm ki, pensiyaçının cinayəti və günahı olmadan ona artıq pensiya təyin edilibsə, burada onun günahı olmadığından verilən pul geri alınmamalıdır. Yox, əgər məmurla cinayət əlaqəsinə girilibsə, bu ayrı məsələdir.

AzerTimes xəbər verir ki, bunu “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, hər il inflyasiya var, bu il ikirəqəmli inflyasiya olub:

“Yaşlı adamların müalicəyə ehtiyacı var. Musa müəllimə müraciət edirəm, qanunvericilik subyekti ilə danışsın. Əgər pensiya məbləği orta aylıq əmək haqqından çoxdursa, ondan tutulsun, yox əgər məbləğ orta aylıq əmək haqqından azdırsa, tutulmasın. Amma pensiyaçıdan bunu tutmaq onlar üçün ciddi problem yaradacaq.

Bu yaxınlarda gənc ailə mənə müraciət edib, evdə hər ikisi işləyir və kirayədə qalırlar, ancaq güclə dolanırlar. Xanım analıq məzuniyyətinə çıxıb və məzuniyyət pulunu alıb. Sonra da gedib uşaq üçün çarpayı alıb və s. Amma sonra deyiblər ki, sizə çox ödəmişik, geri qaytarın. Əslində belə hallarda məsuliyyət səhvə yol verən məmurun üzərinə düşür”.

Q.Həsənquliyev bildirib ki, deputatlar da pensiyaya çıxacaq:

“Biz ağsaqqalların, pensiyaçıların qeydinə nə qədər qalsaq, bizim də qeydimizə o qədər qalacaqlar. Pensiyaçılarla bağlı məsələ önəmlidir. Onların çoxunu övladları saxlayır”.

Teqlər: