Bizdə rəqəmlər var və görürük ki, 65 yaşına çatanların 70-75 faizi pensiya alır.
AzerTimes xəbər verir ki, bu barədə bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ƏƏSMN tərəfindən 5 il ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.
“Bir-iki ölkə göstərirlər ki, onlarda pensiya yaşı 63-dür. Görək, növbəti illərdə bu, belə olacaqmı? Bizdə hazırda qadınların pensiyaya çıxma yaşı 63-dür, lakin 2027-ci ilə qədər onlarda da 65 olacaq. Deputatlar əhaliyə mesaj vermək istəyirlər, amma bu rəqəmlər əsaslandırılmış olmalıdır. Demoqrafik artım oldu və əhalimizin sayı 10 milyonu keçdi. 2040-2050-ci illərdə həmin şəxslər pensiya yaşına çatacaq. Biz də burada mütənasibliyə fikir verməliyik. Pensiya müzakirələrində 5-10 il danışılmır. 2050-2080-ci illərə dair uzunmüddətli planlar hesablanır”, – deyə qeyd edib.