Pensiya təyinatından sonra işləməkdə davam edənlərin pensiyaları artırılıb

2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin
edildikdən sonra azı 6 il işləmiş və işləməkdə davam edən 1307
şəxsin pensiyasını yenidən hesablayaraq artırıb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, şəxs ona
yaşa görə pensiya təyin olunduğu gündən sonra işləməkdə davam
edərsə, hər 6 ildən (72 aydan) bir onun hesabında toplanmış sosial
sığorta haqqı 72-yə bölünərək pensiyasına əlavə olunur.


“Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun
təminatına, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam
edənlərin sosial sığorta sistemində iştiraka marağının
stimullaşdırılmasına xidmət edir”, – məlumatda deyilir.

Teqlər: