Xəbər - Humay Ağacanova – Trend:
Vətəndaşın pensiya artımı pensiya məbləğinin 3.4 faizi qədər
hesablanır.
Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun
Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib.
O qeyd edib ki, pensiya artımının hesablanmasında qulluq əlavəsi
alanlar istisna olunur.
“Qulluq əlavəsi alanlar dedikdə, hərbi qulluqçular, xüsusi
rütbəli şəxslər, prokurorlar, millət vəkilləri və s. nəzərdə
tutulur. Bu şəxslər istisna olmaqla, digər şəxslər pensiya artımını
pensiyasının məbləğinin 3.4 faizi qədər hesablaya bilərlər. Məsələn
hər 100 manata 3 manat 40 qəpik olaraq hesablanır”, – deyə o əlavə
edib.