Azərbaycanda Penitensiar sistemdə islahatlar əsas
məsələlərdəndir.
AzerTimes-ın məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov
deyib.
“Bu günlərdə cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına
çatmayan və qadın məhkumlar üçün yeni müəssisələr istifadəyə
verilib.
Onu da qeyd etməliyəm ki, ölkəmiz humanizm ideyalarına daim
sadiqlik nümayiş etdirir. Belə ki, ötən dövrdə ölkə Prezidenti
tərəfindən 6 minə yaxın şəxs əfv olunub.
Torpaqlarımızın Vətən müharibəsi nəticəsində işğaldan azad
olunmasının ildönümü, 8 noyabr – Zəfər Günü münasibətilə qəbul
edilmiş amnistiya aktı 17 mindən çox şəxsə tətbiq edilməklə
əhatəliliyinə görə ən geniş olub.
Eyni zamanda, burada təmsil olunan BQXK ilə sıx əməkdaşlıq
sayəsində penitensiar sistemdə vərəmlə mübarizədə olduqca yüksək
nailiyyətlər əldə edilib”, – deyə nazir bildirib.