Əfqanıstanın Pəncşir vilayətindəki Milli Müqavimət Qüvvələri “Taliban” hərəkatının bölgədəki altı forpostun ələ keçirilməsi iddialarını təkzib edib.
AzerTimes-ın məlumatına görə, bu barədə bölgədəki mənbələrdən xəbər verilib.
Məlumatda qeyd olunub ki, “Taliban” həqiqətən dünən axşamdan bəri Pəncşirə daxil olmağa çalışır, amma cəhdləri uğursuz olur:
“Heç bir forpost onlar tərəfindən ələ keçirilməyib. Onlar böyük itkilər verir və geri çəkilməyə məcbur olurlar”.
Onun sözlərinə görə, 300-dən çox “Taliban” döyüşçüsü öldürülüb, onlarla insan yaralanıb və əsir götürülüb.