Aprel döyüşlərinin əfsanəvi döyüşçüsü, şəhid – XTQ giziri Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra nəhayət ki, bu gün (07.11.2025 tarixində) Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 3 aprel 2016-cı ildə Aprel döyüşlərində şəhid olan hərbçi “İgidliyə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” II-ci və III-cü dərəcəli medalları ilə təltif olunub.
“Analar nə oğullar yetişdirib” deyimi ilə bu vətən oğlunun Milli Qəhrəman adı alması münasibəti ilə dərindən və səmimi qəlbdən çox sevindim.
Aprel döyüşlərindən öncə də adı dastana çevrilən Cənub elinin qəhrəman oğluna Allahdan rəhmət diləyir və qəbri daima nur içində olmasını arzulayıram.
Pəncəli Teymurov və onun timsalında qəhrəman oğullarımızın əbədi olaraq Azərbaycan xalqının ürəyində yeri var və olacaq.
Məşhur şerin iki misrası ilə məqaləni tamamlayıram:
Sən bizimsən, bizimsən, durduqda bədəndə can.
Yaşa yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
