Azərbaycan seçicisi ilk dəfə Xankəndidə səs verərək tarixə düşəcək.
AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
“Xankəndidə məhz həmin binada (Xankəndidə Prezidentin gəzdiyi binanın nəzərdə tutur – red) Azərbaycan seçicisi səs verəcək. İlk orada səs verən, orada 18 yaşı tamam olan və ilk dəfə səs verən vətəndaşı da tarixə salacağıq”, – MSK sədri bildirib.
M.Pənahov KİV-lərə də çağırış edib: “Azad edilmiş ərazilərdəki seçkilər daha yaxşı işıqlandırılmalıdır. Artıq dünya Azərbaycan xalqının orada oturuşduğunu bilməlidir”.