Meksikanın dövlət neft və qaz şirkəti “Pemex” ölkənin cənub-şərqində yerləşən Tabasko ştatında iri neft yatağı kəşf edib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə müəssisənin rəhbəri Oktavio Oropesa məlumat verib.
İlkin yoxlamalara görə “Dzimpona-1” adı verilən yatağın təxmini ehtiyatları 500-600 milyon bareldir.
Məlumat üçün bildirilir ki, 2020-ci ildə şirkət 480,96 milyard peso (təxminən 23 milyard dollar) itirib, 2019-cu ilə nisbətən xalis zərər 38 faiz artıb.