ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Asiya turu Yaponiyanı tərk edərək başa çatıb.
AzerTimes xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Məlumata əsasən, Pelosi Tokioda bir sıra görüşlər keçirib.
Pelosi baş nazir Fumio Kisida və parlamentin aşağı palatasının sədri Hiroyuki Hosoda ilə görüşlər keçirdikdən sonra Yaponiyanı tərk edib.
Görüşdə tərəflər ABŞ-Yaponiya müttəfiqliyinin gücləndirilməsinin, həmçinin “azad və açıq Hind-Sakit okean regionu” prinsipinin həyata keçirilməsi üçün əməkdaşlığın vacibliyindən danışıb.
Həmçinin, Şimali Koreyanın raket və nüvə proqramı, Ukrayna böhranı kimi regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Qeyd edək ki, Pelosi Asiya turu çərçivəsində Sinqapur, Yaponiya, Cənubi Koreya və Malayziyaya səfərləri baş tutub.