Pelosini müşayiət edən “Reyqan” Tayvanı tərk etdi

Pelosini müşayiət edən “Reyqan” Tayvanı tərk etdi

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Ronald Reyqan” aviadaşıyıcısı Tayvan sahillərini tərk edib.

AzerTimes xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosini müşayiət edən “Ronald Reyqan” aviadaşıyıcısı adadan yüzlərlə kilometr uzaqlaşıb. Gəmi gecə saatlarında geri çəkilib”, – məlumatda deyilib.

Qeyd edək ki, avqustun 4-dən Çin ordusunun Tayvan ətrafında hərbi təlimləri başlayıb. Çinin hərbi manevrləri Pelosinin Tayvana iş səfərinə cavab olaraq aparılır.

Teqlər: