ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi 83 yaşında yenidən Konqresə seçilmək niyyətində olduğunu açıqlayıb.
AzerTimes xəbər verir ki, Pelosi bu haqda X hesabında yazıb.
“Amerika göstərməlidir ki, azadlıq və ədalət bayrağı hər kəs üçündür, ölkəmizin buna ehtiyacı var. Ona görə də, mən yenidən seçilmək istəyirəm və dəstəyinizi xahiş edirəm”, – Pelosi qeyd edib.