Qəzzadakı iztirablara son qoyulmasına inansam da, atəşkəs çağırışı Putinin mesajıdır.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi CNN-ə müsahibəsində deyib.
“Qarışdırmayın. Bütün bunlar onun (Rusiya Prezidenti Vladimir Putinin – red.) görmək istədiyi məqamlarla əlaqəlidir. Eyni şey Ukraynaya da aiddir. Bütün bunlar Putinin mesajı ilə bağlıdır”, – o bildirib.
Onun sözlərinə görə, Fələstin tərəfdarlarının bəzi hərəkətləri kortəbii və səmimidir, lakin bəziləri Rusiya ilə bağlıdır.
Pelosi FTB-dən məsələnin araşdırılmasını xahiş etmək niyyətində olduğunu bildirib.