Futbol üzrə üçqat dünya çempionu, braziliyalı hücumçu Pelenin anası Selest Arantis 101 yaşında dünyasını dəyişib.
AzerTimes TASS-a istinadla xəbər verir ki, Arantisin cümə günü Santosda öldüyü bildirilir.
Futbol kralı Pelenin karyerasının böyük hissəsini keçirdiyi Braziliyanın “Santos” futbol klubu Arantisin ölümü ilə bağlı rəsmi açıqlama yayıb.
Qeyd edık ki, Pele 2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edib.