Pele əməliyyat olunub

Braziliya millisinin keçmiş futbolçusu Pele öz “İnstaqram” səhifəsində yoğun bağırsağında aşkar olunan şişin çıxarılması əməliyyatından danışıb.

AzerTimes-ın məlumatına görə, keçmiş futbolçu bildirib ki, əməliyyat 4 sentyabr tarixində baş verib. O həkimlərə təşəkkür edib və hazırda özünü yaxşı hiss etdiyini qeyd edib.


Pele əlavə edib ki, şiş müntəzəm müayinə zamanı aşkar edilib.

Teqlər: